Xəbərlər

Komitə sədri: “İmam ehsanları, orucluq iftarları olanda icra başçıları yuxarı başda, hər yerdə görünür”
07 noyabr, 2013 20:34

Bu gün əksər məktəblərdə direktorlar uşaqların istirahətinin əleyhinədir, buna imkan vermirlər.

ERtv xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli “Uşaqların istirahətinin təşkili haqqında” qanunun müzakirəsində deyib.

Komitə sədri müzakirə zamanı iclasda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsinə irad tutaraq qeyd edib ki, direktorlar tərəfindən uşaqlara bu məhdudiyyətlər qoyulduğu üçün sonda onların arasından narkomanlar, müxtəlif cinayət əməllərinin sahibləri çıxır.

Onun dediyinə görə, bununla bağlı valideynlər onlara - millət vəkillərinə müraciət edir:

“Məktəb direktorları isə buna imkan vermir”.

H.Rəcəbli direktorları bu hala son qoymağa və uşaqlara qarşı diqqətli olmağa çağırıb.

Komitə sədri icra hakimiyyəti başçılarını da tənqid edib.

“İmam ehsanları, orucluq iftarları olanda icra başçıları yuxarı başda, hər yerdə görünür. Amma uşaqlar üçün nəsə təşkil etmək lazım olanda qarınları ağrıyır, yoxa çıxırlar. Uşaqlara qarşı belə laqeydlik olmaz”, - deyə, komitə sədri sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.