Silvester Stallonenin əsərlərindən ibarət sərgi
07 noyabr, 2013 20:32
Rusiya muzeyinin Mühəndislik şöbəsində Hollivud aktyoru Silvester Stallonenin əsərlərindən ibarət sərgi keçirilir.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor və rejissor ekspozisiyanın açılış mərasimində şəxsən iştirak edib.
Sərgidə 27 rəsm əsəri təqdim olunub ki, onların da 6 ədədini Stallone xüsusi olaraq Peterburq sərgisi üçün çəkib.
Stallone 40 ildən artıqdır ki, rəssamlıqla məşğuldur. O, ötən əsrin 60-cı illərində, İsveçrədəki Amerika kollecində təhsil aldıqdan sonra, hələ kinoya çəkilməzdən əvvəl rəsm çəkməyə başlayıb.
Sərgidə onun 1975-2013-cü illər dövründə çəkdiyi şəkillər təqdim olunub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı