Eks-spiker Rəsul Quliyev yeni müsahibəsində də Milli Şura haqqında sarkazmla danışıb.
ERtv xəbər verir ki, R.Quliyev hafta.az saytına müsahibəsində Milli Şuradan xüsusi qərarla xaric edilməsi ehtimalına dair sualı belə cavablandırıb:
“Gülməlidir. Ümumiyyətlə, MŞ-nın belə bir məsələni qaldırması, həmin o qardaşların çaldığı hava ilə oynamaq istəməsi gülüş doğurur.
Mən, “əgər MŞ azad seçkilər uğrunda mübarizə planını müzakirə etməsə, o təşkilatın üzvü ola bilmərəm”, - deyə bəyan etmişəm.
Bu adamların mənim məsələmi gündəliyə atması doğrudan gülüş doğurur. Mənim bu qurumun işini tənqid etməyimin onun üzvü olub-olmamağına nə dəxli var?
Yəni belə fikirləşirlər ki, üzvü olmasam tənqidin təsiri zəif olacaq? MŞ tək mənim üçün yox, hamı üçün əhəmiyyətini itirib.
MŞ-nı saxlayan onun üzvləri deyil, R.İbrahimbəyov və C.Həsənlinin səyləridir. Bir daha deyirəm, MŞ İP-nın zəifləmiş formasıdır, nə istəyirlər müzakirə etsinlər, mənim üçün heç bir fərqi yoxdur.
Məsləhət görərdim onları ələ salmaq üçün mənə əlavə mövzu verməsinlər”.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı