Xalq artisti Eldəniz Zeynalovun anım günüdür.
ERtv xəbər verir ki, sevilən aktyorun vəfatından 12 il ötür.
Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən 1956-1962-ci illərdə dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb.
Tələbə ikən Eldar Quliyevin “Bir Cənub Şəhərində” filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Milli Dram Teatrında işə başlayıb. İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.
Bir çox filmlərə çəkilərək Azərbaycan kinosu tarixinə öz adını yazdırıb. Onun çəkildiyi ən məşhur filmlər arasında “Arvadım mənim, uşaqlarım mənim” (1978), “Babamızın babasının babası” (1981), “Bağ mövsümü” (1985), “Bəyin oğurlanması” (1986), “Bir cənub şəhərində” (1969), “Bir Eldənizimiz yoxdur” (2002), “Bizim Cəbiş müəllim ”(1969), “Dörd bazar günü” (1975), “Əhməd haradadır?” (1963), “İyirmialtılar” (1966), “Kontor” (1978), “Qızıl uçurum” (1980), “Qonşu qonşu olsa...” (1989), “Yeddi oğul istərəm...” (1970), “Yeganə çıxış yolu”(1980), “Yol əhvalatı (1980)” var.
Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr enmədi” (Özbəkfilm) filmlərində çəkilib. “Humay” mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.
Eldəniz Zeynalov aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.