Xəbərlər

Bakı Ali Neft Məktəbində Avstriyanın dövlət nümayəndələrindən ibarət heyətlə görüş keçirilib
06 noyabr, 2013 11:08

Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer – Kaybiç, Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan Universitetinin Neftin İstehsalı və Emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov Bakı Ali Neft Məktəbində olub.

ERtv xəbər verir ki, qonaqları  qəbul edən  rektor cənab Elmar Qasımov  bildirmişdir ki,  Bakı  Ali Neft Məktəbinin yaranmasında  əsas məqsəd  günü-gündən inkişaf  edən ölkəmiz  və artıq  transmilli şirkətə çevrilmiş, istər Azərbaycanda  istərsə də ölkənin  hüdudlarından kənarda fəaliyyətini genişləndirən  ARDNŞ  üçün   beynəlxalq standartlara cavab verən, ingilis dilli  kadrların  hazırlanması  olmuşdur.

Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor  hazırda  yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləmişdir.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin  genişləndirilməsinin vacibliyini  qeyd edərək bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə  uyğun yaradılmış Bakı  Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də  Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

Avstriya  təhsil  və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki, Bakı Ali Neft Məktəbi Avstriyanın  neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır.

O qeyd etmişdir ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsə də ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə  bu istiqamətdə bir çox danışıqlar aparılmışdır və  bu danışıqların nəticəsi olaraq, biz qərara  gəldik ki, Avstriyanın neft, kimya sənayəsi üzrə tanınmış universiteti olan Leoben  Montan Universiteti ilə öz əməkdaşlığımızı genişləndirək.

Görüşdə iştirak edən Avstriya Respublikasının  İqtisadiyyat,  Ailə və Gənclər  Nazirliyinin  Enerji və Mədən  Departamentinin  direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer bildirmişdir ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə günü –gündən inkişaf edir. O qeyd etmişdir ki, Biz Avstriyanı da  Avropanın neft  ölkəsi hesab edə bilərik. Avstriyanın şərqində böyük Neft yatağının olduğunu bildirən  Artur Maurer  bildirmişdir ki, il ərzində ölkədə 1 milyon ton civarında neft hasil edilir.

Eyni zamanda  o vurğulamışdır ki, Kimya  sənayesi Avstriyada sürətlə inkişaf etməkdədir və bunun nəticəsi olaraq Mərkəzi Avropanın ən böyük Kimya kompleksi Vyanda yerləşir. Hər iki dövlətin neft –kimya  sahəsində uğurlu təcrübələrə malik olduğunu bildirən Artur Maurer bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmanın əhəmiyyətindən danışdı.

Avstriya  Respublikasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri  Silvia Mayer - KaybiçBakı Ali Neft  Məktəbinə ikinci  gəlişindən məmnunluq  hissləri  keçirdiyini  bildirmişdir. Səfir Azərbaycanda  müasir tipli texniki ali məktəbin yaradılmasının  çox  vacib   olduğunu  vurğulamışdır.

O qeyd etmişdir ki, Avstriya hökuməti  təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında  maraqlıdır . Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın  tanınmış Leoben   Montan  Universiteti   və digər  təhsil və tədris  mərkəzləri arasında  əməkdaşlıq əlaqələrinin yaradılması  üçün  lazımi  tədbirlərin  həyata keçirilməsinə  hazır  olduğunu  bildirmişdir.

Bakı Ali Neft məktəbinin professor–müəllim və tələbə heyətinə Leoben Montan Universiteti  haqqında ətraflı məlumat verən universitetin Neftin İstehsalı  və Emalı Departamentinin rəhbəri, professorHerbert Hofstatter bildirmişdir ki, Bakı Ali Neft Məktəbi ilə bir çox layihələr çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar.

Azərbaycandan  müasir standartlara cavab verən, Bakı Ali Neft Məktəbi kimi  ali təhsil ocaqlarının açılmasından qürur hissi keçirdiyini bildirən ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəriGülmirzə Cavadov bildirmişdir ki,  Nümayəndəlik olaraq Bakı Ali Neft Məktəbi ilə  Avstriyanın  neft-kimya  sahəsində  fəaliyyət göstərən  mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində istənilən dəstəyi verməyə hazırdırlar.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında  gələcək əməkdaşlığın  perspektivləri və  birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.