Ukrayna Ümumdünya Ticarət Təşkilatına Rusiyadan şikayət etdi
06 noyabr, 2013 10:59
Ukrayna milli konditerlərin Rusiya tərəfindən sıxılmasına görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.
ERtv-nin Interfax-a istinadən verdiyi xəbərə görə, bu barədə iqtisadi inkişaf və ticarət naziri İqor Prasolov bəyanat verib.
Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi bu vəziyyət üzrə gələcək addımları hazırlayır.
Oktyabrın sonunda “Roshen” korporasiyası Rusiya ilə ÜTT çərçivəsində məsələ qaldırılması xahişi ilə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müraciət edib. Qeyd edək ki, buna səbəb “Rospotrebnadzor”un “Roshen” şirkətinin məhsullarına keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməmək iddiası ilə qadağa qoyması olub.