Xəbərlər

Nyu-York sakinləri şəhərin merini seçdilər
06 noyabr, 2013 10:57

Nyu-Yorkun sakinləri dünən şəhərin merini seçmək üçün seçki məntəqələrinə gediblər.

ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın ən iri meqapolisinin rəhbəri vəzifəsinə əsas iddiaçılar Demokratlar Partiyasından namizəd, məşhur vəkil Bill de Blazio, eləcə də respublikaçı Cozef Lota hesab olunurdu.

Müşahidəçilər qeyd edirdilər ki, de Blazionun qələbəyə daha çox şansı var. O, 2010-cu ildən şəhərdə ən vacib vəzifələrdən birini - meqapolisin ictimai müdafiəçisi vəzifəsini tuturdu. Seçkilərin son nəticələrinə görə, Bill de Blazio qalib gəlib və növbəti dörd illiyə Nyu-Yorkun meri seçilib.

Bill de Blazionun proqramının əsas bəndlərindən birini meqapolisin ən varlı sakinləri üçün vergilərin qaldırılması təşkil edir.

Şəhər meri dörd illiyə seçilir və bir dəfə yenidən seçilə bilər. Nyu-York ənənəvi olaraq Demokratlar Partiyasının daha çox dəstəkləndiyi Amerika şəhərlərindən hesab edilir.

Bununla yanaşı, son illər şəhərin meri vəzifəsini respublikaçı-siyasətçilər və ya müstəqil namizədlər tutublar. Demokratlar isə 1989-cu ildən öz namizədlərinin seçilməsinə nail ola bilməyiblər. Beləliklə, Bill de Blazio son 24 ildə Nyu-Yorkun ilk demokrat meri olub.

Meqapolisin illik büdcəsi ABŞ-da ən böyük büdcədir və təxminən 50 milyard dollar təşkil edir. Hazırda mer vəzifəsini tutan Blumberqin məvacibi ildə təxminən 225 min dollar təşkil edir.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.