“Microsoft” “Google”un istifadəçilərin poçtunu oxuduğunu bəyan edib
05 noyabr, 2013 10:53
“Microsoft” korporasiyası “Google”un öz istifadəçilərinin poçtunu oxuduğunu bəyan edib.
ERtv-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Telegraph” yazıb.
Keepyouremailprivate.com saytında “Microsoft” “Google”un gəlir əldə etmək üçün istifadəçilərin şəxsi informasiyasını necə əldə etdiyinə nümunə gətirir.
Belə ki, əgər istifadəçi öz elektron məktubunda ayrılma barədə nə isə yazırsa, ayrılma üzrə vəkillər barədə reklam peyda olur.
Öz növbəsində “Google”un mətbuat katibi bəyan edib ki, şirkət reklam məqsədilə konfidensial informasiyadan istifadə etmir.