Xəbərlər

Qeyri-neft məhsullarının ixracı 13% artıb
05 noyabr, 2013 10:44

Statistik məlumatlara əsasən, doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 milyard ABŞ dolları təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşüb, nəticədə 16,5 milyard dollarlıq müsbət saldo yaranıb.

Bu müddətdə Azərbaycanın rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.

Ticarət əlaqələrinin 11,1 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 42,6 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 46,3 faizi isə digər dövlətlərlə qurulub.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,0 faiz artaraq 1,3 milyard dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.