Minsk qrupu həmsədrləri Azərbaycana səfərə gəlib
04 noyabr, 2013 14:44
ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For(Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) Azərbaycana gəliblər.
ERtv xəbər verir ki, vasitəçilərin bu gün Bakıda ölkə rəsmiləri ilə keçirdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər.
Onların bu gün İrəvana yola düşəcəkləri gözlənilir.
Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.
Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda qısamüddətli səfərdə olub.