Millət vəkilləri Tacikistanda prezident seçkilərini izləyəcəklər
04 noyabr, 2013 14:42
Milli Məclisin üzvləri Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistana səfər edəcəklər.
ERtv xəbər verir ki, millət vəkilləri ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaqlar.
Həmçinin, deputatlar vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.