FIA 2013-cü il təqviminin əsas tədbirlərindən biri 23-24 noyabrda Bakıda keçiriləcək “Baku World Challenge 2013” avtoyarışlarıdır.
ERtv-nin verdiyi xəbərə görə, GT3 avtomobillərinin yarışı 14 beynəlxalq yarış komandası və 30 GT avtomobilinin iştirakı ilə keçiriləcək.
Eləcə də, 15 tarixi F1 maşınının nümayiş çıxışı baş tutacaq. GT3 avtomobilləri Bayraq Meydanının ətrafında toplaşacaq.
Tədbirin birbaşa yayımı Avropa, Yaxın Şərq, eləcə də, Avstraliya, Asiya, Amerika və Afrika ölkələrində “Eurosport” kanallarında baş tutacaq.
Bakılıları qarşıdan gələn yarışlar barədə məlumatlandırmaq üçün, cümə günü, noyabrın 22-də yarış maşınlarının Şəhər paradı təşkil olunacaq.
Biletləri artıq şəhərin əsas kassalarından, “Kempinski Hotel Badamdar” və “Qafqaz Baku City Hotel”dən əldə etmək mümkündür.