Xəbərlər

II Gənclər Kuboku turnirinin bağlanış mərasimi keçirilib
04 noyabr, 2013 14:25

Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş futbol üzrə II Gənclər Kuboku turniri yekunlaşıb.

ERtv xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “İrəli” İdman Mərkəzinin təşkilatçılığı, TİMSPORT idman malları mağazasının baş sponsorluğu və NIKE şirkətinin sponsorluğu ilə baş tutub.

Turnirin bağlanış mərasimi AFFA-nın inzibati binasında baş tutub.

Mərasimdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və AFFA-nın departament rəisi Yusif Vəliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycanda futbolun kütləviləşməsi istiqamətində həyata keçirilən layihələrdən danışan natiqlər növbəti Gənclər Kuboku turnirinin təşkil olunması istiqamətində müzakirələrin aparıldığını vurğulayıblar və komandaları qazanılan uğur münasibətilə təbrik ediblər.

Yarışda qalib gələn Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının komandasına qızıl medal, diplom, hədiyyələr və kubok təqdim olunub. Turnirdə Qan Donorları Assosiasiyası İctimai Birliyi ikinci, Ukrayna Azərbaycanlı Gənclər Birliyi isə üçüncü olub. II və III yerin qalibləri həmçinin medallar, hədiyyələr və diplomlarla təltif olunublar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.