Xəbərlər

Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "Əbədi sevgi" qala konsertində iştirak edib
04 noyabr, 2013 14:22

Noyabrın 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq Artisti Dmitri Bertmanın quruluşunda "Əbədi sevgi" qala konserti Azərbaycan tamaşaçılarına təqdim edilib.

Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində reallaşan layihənin təqdimatında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızları iştirak ediblər.

Konsert proqramında ötən əsrin dünyada ən məşhur romantik hitləri səslənib.

"Kuin" ("Queen") qrupunun "I was born to love you", Endi Uilyamsın (Andy Williams) "Moon river", Selin Dionun (Celine Dion) "My heart will go on", Elvis Preslinin (Elvis Presley) "Love me tender", Uitni Hyustonun (Whitney Huston) "I will always love you", Demis Russosun (Demis Roussis) "Souveniers", Merilin Monronun (Marilyn Monroe) "I Wanna Be Loved By You", Elton Conun (Elton John) "I Believe in Love", "Bitlz" ("The Beatles") qrupunun "All you need is love" mahnısı kimi ürəkləri fəth etmiş musiqilər rusiyalı artistlərin ifasında təqdim olunub.

Heydər Əliyev Mərkəzində keçirilən konsert proqramı rəngarəng səhnə tərtibatı, bir-birindən gözəl nəğmələrin maraqlı təqdimatları ilə yadda qalıb.

Tədbirdən sonra Rusiyanın Xalq Artisti, qala konsertin səhnə tərtibatçısı Dmitri Bertman Bakının mənzərəsinin dəyişməsindən heyran olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət, estetika və gözəlliyə çox böyük diqqət yetirilir.

D.Bertman Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib: "O, dünya tarixinə daxil olacaq fantastik missiya həyata keçirir".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.