Nazir: “Abşeron yarmadasının şimal sahillərində dənizə axıdlan çirkabın qarşısı tamamilə alınıb”
04 noyabr, 2013 14:18
Abşeron yaramadasının şimal sahillərində 104 kilometrlik ərazi sıfır axıntı zonasına çevrilib.
ERtv xəbər verir ki, bu barədə Bakıda keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfransda çıxışında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdeyib.
Onun sözlərinə görə, “Azərsu” Qapalı Səhmdar Cəmiyyətinin təmizləyici qurğularından başqa həmin ərazidə 17 nöqtədə xırda axarların qarşısında modul tipli təmizləyici qurğular quraşdırılıb:
“Nəticəsində dənizə axıdlan çirkabın qarşısı tamamilə alınıb. Bunu hər il aparılan təhlillər də təsdiq edir”.