Xəbərlər

ADA Qlazqo Universiteti ilə anlaşma memorandumu imzalayıb
04 noyabr, 2013 14:17

Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında anlaşma memorandumu imzalanıb.

ERtv-yə ADA-dan bildiriblər ki, anlaşmaya əsasən, hər akademik semester universitetlər arasında tələbə mübadilə proqramı həyata keçiriləcək və hər semester iki tələbə bu proqramda iştirak etmək hüququ qazanacaq.

Memoranduma əsasən universitetlər arasında tələbələr üçün akademik və mədəni, o cümlədən tədqiqat mübadilə proqramları həyata keçirmək razılaşdırılıb.

Qeyd edək ki, memorandumu ADA-nın Tədris İşləri üzrə prorektoru Dr. Patrik Kvinn və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun icraçı prorektoru professor Anne Anderson imzalayıb.

ADA-nın Dövlət və İctimai Münasibətlər İnstitutunun dekanı Dr.Anar Vəliyev və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun dekanı professor Vivien Baumfild imzalanmada iştirak ediblər.

İki universitet arasında həyata keçiriləcək birgə proqramların və qurulacaq əməkdaşlığın Akademiya üçün əhəmiyyətindən danışan Dr. Kvinn bu anlaşmanın hər iki tərəfin müəllim və tələbə heyəti üçün vacib olduğunu qeyd edib.

Şotlandiyada yerləşən Qlazqo Universitetinin əsası 1451-ci ildə qoyulub və Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biridir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.