Ancelina Coli sinəsindəki dəhşətli ağrılardan əziyyət çəkir
04 noyabr, 2013 14:14
Məşhur Hollivud aktrisası Ancelina Colinin sinəsində aparılan sonuncu əməliyyatdan sonra vəziyyəti ağırlaşıb.
Yeni orqan köçürmələri ona dəhşətli ağrılar verir.
ERtv Dni.ru-ya istinadən xəbər verir ki, altı uşaq böyüdən aktrisa son zamanlar yorğunluq, narahatçılıq və yeni sinəsində daima ağrılar hiss edir.
Coli süd vəzilərinin kəsilməsindən sonra sinəsinə dərhal protez qoydurmasının təhlükəli olduğunu bilirmiş. Əksər qadınlar bu kimi əməliyyatlar arasında bir il ara verirlər.
Buna baxmayaraq, Ancelina xərçəng təhlükəsinin artıq olmamasında məmnundur. Lakin indi o qorxur ki, implantlar infeksiyaya yol aça bilər. Bundan əlavə 38 yaşlı aktrisa sürətlə arıqlayır və üzgün görünür.