Xəbərlər

Şahmar Mövsumov: “Növbəti ildə fondun büdcəsinin 336 milyon manat artımı proqnozlaşdırılır”
04 noyabr, 2013 14:12

2014-cü ildə dövlət neft fondunun gəlirləri 11, 626 mlrd. manat, xərcləri 11, 290 mlrd. manat proqnozlaşdırılır.

ERtv xəbər verir ki, bunu parlament komitələrinin 2014-cü il üçün Dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov deyib.

“1 barel neftin orta illik ixrac qiyməti 100 dollar proqnozlaşdırılır. Gəlirləri əsas hissəsini həmişəki kimi neft qaz satışından gələn xalis gəlir təşkil edir. Neft fondunun valyuta vəsaitlərinin yerləşdirilməsindən gələn gəlirlər 480 mln. dollar proqnozlaşdırılır. Xərclərdə həmişəki kimi əsas istiqamət infrastruktur layihələrinin, sosial layihələrin maliyyələşməsidir”.  

O bildirib ki, qaçqın və məcburi köçkünlər üçün 300 mln. manat, Bakı- Tbilisi- Qars üçün 132 mln. manat, xaricdə təhsil üçün 33, 7 mln. manat, Samur-Abşeron kanalında suvarma sisteminin yenidən qurulması üçün 80, 2 mln. manat, ayrılacaq.

“Eyni zamanda cari ildə başlanılmış yeni infrastruktur layihələrinin maliyyələşməsi də proqnozlaşdırılır. Bu baxımdan yeni neft-qaz emalı və neft kimya kompeksinin maliyyələşməsinə 285 mln. manat, TANAP layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün 800 mln. manat, Türkiyədə Star neft emalı üçün 223 mln. manat, fiber optik şəbəkə üçün 100 mln. manat vəsait ayrılması proqnozlaşdırılır.

O , bildirib ki, neft fondundan büdcəyə transfertin həcmini azalması da ölkənin qeyri neft sektoruna yönəldilmiş siyasətin artıq nəticəsini verdiyini göstərir.

“Cari ildə neft fondunun büdcəsi profisitlə tamamlanacaq. Neft fondu 1 mlrd. dollar həcmində artacaq”.

Şahmar Mövsümov deyib ki, növbəti ildə də fondun vəsaitlərinin artması proqnozlaşdırılır.
“Növbəti ildə fondun büdcəsinin 336 mln. manat artımı proqnozlaşdırılır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.