Süleyman Dəmirəl "Şərəf" ordeni ilə təltif edilib
01 noyabr, 2013 15:17
Azərbaycan Prezidenti İlham Əliyev Süleyman Dəmirəlin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf" ordeni ilə təltif edilsin.