Fransanın Muluz şəhərinin Aqlomerasiyanın prezidenti senator Jan-Mari Bokelin Yevlax şəhərində olub.
ERtv-nin Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbər görə, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla senator arasında keçirilən görüşdə qonağa rayon haqqında geniş məlumat verildi.
Ölkəmizə ikinci dəfə gəldiyini deyən Jan Mari Bokelin Azərbaycanın dostu olduğunu söylədi.
Muluz şəhəri haqqında da ətraflı məlumat verən senator bildirdi ki, Yevlax ilə Muluz qardaş və dost şəhərlər olacaq. Görüşdə Dağlıq Qarabağ məsələsindən danışıldı.
Senator bildirdi ki, ermənilərin işğalçılıq siyasətinə son qoyulmalıdır.
20 ildən çoxdur ki, işğal altında saxlanan Azərbaycan torpaqları geri qaytarılmalıdır.
Görüşün sonunda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı fransalı qonağa xalça və Azərbaycanın xəritəsini hədiyyə verdi.
Senator da icra başçısına öz hədiyyəsini təqdim etdi. Fransalı senator Yevlax şəhərində yerləşən bir sıra özəl təşkilatlarda da olub.
Qeyd edək ki, senator həmçinin bu ölkənin Avropa Şurasındakı və NATO-dakı nümayəndə heyətinin üzvüdür.