Astarada dəm qazından boğulma baş verib.
Bu barədə ERtv-nin bölgə müxbirinə Astara Rayon Prokurorluğundan böyük müstəntiq Zaur Qasımov məlumat verib.
O bildirib ki, rayonun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şamkar, 2008-cu il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Əkbər oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yatdıqları yerdə dəm qazından zəhərlənərək boğulublar.
Səhər onlardan xəbər olmadıqlarını görən qonşuları evə gələrək, bütün ailə üzvlərinin hələ də oynmadıqlarını görüb, təcili yardıma və hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Ailənin standartlara və təhlükəsizlik tələblərinə cavab verməyən sobadan istifadə etdiyi müəyyən edilib.
Qeyd edək k, ailə başçısı Rusiya şəhərlərindən birinə çörəkpulu qazanmağa gedib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı