Anasının şikayətləri residivisti boğaza yığıbmış.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Uralda baş verib. Atasını boğub öldürdüyünə görə həbs olunan residivist anası ilə də “haqq-hesabı çürütmək” qərarına gəlib.
Anasının “Niyə gedib işləmirsən?” sualları onu təngə gətirib.
Artinsk rayonunun Panteleykovo kəndində yaşayan 35 yaşlı Anton Vasilyevi (ad şərtidir) yerli sakinlərin hamısı tanıyır. O, hələ 2005-ci ildə mübahisə zəminində atasını öldürüb. Ancaq bu yaxında vaxtından əvvəl şərti azadlığı buraxılıb.
Oğlunun halına yanan ana günah işləməsinə baxmayaraq, yenə də övladını evində saxlayıb. Bu isə ona öz həyatı bahasına başa gəlib...
“Qadın ondan sobanı yandırmağı xahiş edib. O, odunları doğramaqla məşğul olanda isə, anası ona “Niyə gedib işləmirsən, özün də bütün günü içirsən” deyib və tənbeh edib. Bundan sonra sadist özündən çıxıb. 3 dəfə 65 yaşlı anasını ayağı ilə vuraraq əzib, sonra isə soba maşası və taburetlə vuraraq anasını qətlə yetirib.
Gözü qızan A.Vasilyev hansı əməli törətdiyini başa düşəndə hadisə yerindən qaçıb. Ancaq polis əməkdaşları onu tezliklə Ufimski qəsəbəsində tapıblar.
İndi o, 15 il həbs cəzası çəkəcək.