Xəbərlər

Azərbaycan və Niderland arasında kənd təsərrüfatı məhsullarının ticarəti asanlaşdırılacaq
02 noyabr, 2013 15:03

Azərbaycandan Niderland Krallığına kənd təsərrüfatı məhsullarının ixracı zamanı yerli sahibkarlar bir sıra maneələrlə üzləşir.

Buna görə də kənd təsərrüfatı məhsullarının ticarətinin  qarşılıqlı şəkildə asanlaşdırılması və daha da artırılması məqsədilə tərəflərin kənd təsərrüfatı üzrə məsul dövlət qurumları arasında fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanması zəruridir.

ERtv xəbər verir ki, bu barədə Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının senatoru Rene van der Lindenlə görüşdə bildirib.

H.Əsədov, həmçinin Niderland Krallığı tərəfindən aqrar sahədə təcrübə və mütəxəssis mübadiləsi kimi texniki layihələrin həyata keçirilməsini, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Niderland Krallığının zəngin təcrübəsindən yararlanmağı,  damazlıq və cins mal-qara yetişdirilməsi, süni mayalama və kənd təsərrüfatı heyvanlarının identifikasiyası sahəsində birgə layihələrin həyata keçirilməsini təklif edib.

Nazirin təklifləri arasında  heyvanların təhlükəli yoluxucu xəstəlikləri ilə mübarizə üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi, regionlarda qaramal və quşlar üçün qarışıq yem hazırlayan kiçik həcmli yem sexlərinin tikintisinə aid texniki yardım layihələrinin hazırlanması və həyata keçirilməsi, aqraryönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi də daxildir.

Görüşdə Van Der Linden Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Prezident İlham Əliyevlə görüşündə dövlət başçısının ona kənd təsərrüfatı naziri ilə aqrar sahədə imkanlar barədə müzakirə aparmağı təklif etdiyini bildirib.

Azərbaycan və Niderland Krallığı arasında aqrar sahədə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən Van Der Linden Niderlandın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu və kənd təsərrüfatı sahəsində mühüm ölkələrdən biri olduğunu qeyd edib.

O, Azərbaycanın kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb.

Görüşdə Niderland naziri, həmçinin 2014-cü ilin aprel ayında Bakıya səfər edəcək kənd təsərrüfatı/bağçılıq sahəsindən olan nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd edərək bu nümayəndə heyətinin səfərinə hazırlıqlar barədə müzakirələr aparıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.