“Qarabağ” “Bavariya” və “Barselona”nı geridə qoydu
31 oktyabr, 2013 20:07
“Qarabağ” futbol klubu buraxılan qollar üzrə Avropa mövsümünün liderlər siyahısına daxil olub.
ERtv-nin “Qarabağ”ın saytına istinadən verdiyi xəbərə görə, komanda Topaz Premyer-liqasının 11 turu ərzində 4 qol buraxıb, bu isə orta hesabla hər oyuna 0,36 qol edir.
Bu göstərici ilə “Qarabağ” Avropada 7-ci yeri tutur. Siyahıya 9 oyuna 1 qol buraxan İtaliyanın “Roma” klubu başçılıq edir. Qeyd edək ki, Avropanın ən güclü klubu olan “Bavariya” 10 oyuna 6 qol buraxıb və 20-ci yeri tutur, “Barselona” isə 10 oyuna 7 qol buraxmaqla 37-ci yerdədir.