Dünyanın ən böyük heykəlinin inşasına başlanıb
31 oktyabr, 2013 20:03
Hindistanda dünyanın ən hündür heykəlinin tikintisinə başlanıb.
ERtv BBC-yə istinadən xəbər verib ki, bu barədə Hind Xalq Partiyasının lideri Narenda Modi məlumat verib.
Hindistan konstitusiyasının müəlliflərindən olan milli qəhrəman Sərdar Patelin heykəli Quacot ştatındakı adada ucaldılacaq. Abidənin hündürlüyü 182 metr olmalıdır ki, bu da Nyu-Yorkdakı “Azadlıq” heykəlini iki dəfə üstələyir. İşin dəyəri 340 milyon dollar məbləğində qiymətləndirilir.
Layihəni müxalifət maliyyələşdirir.