Xəbərlər

Azərbaycanda “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib
31 oktyabr, 2013 19:59

2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədi ilə “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib.

ERtv “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, aylıq noyabr ayının 1-dən dekabr ayının 1-dək davam edəcək.

Bununla əlaqədar müvafiq Tədbirlər Planı hazırlanıb. Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulur.

Plan çərçivəsində təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqavilə ilə müəyyən edilmiş qaydada dayandırılacaq.

Tədbirlər planında həmçinin, qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb.

Eyni zamanda, qeyri-standart qaz cihazları və avadanlıqlarının istismardan çıxarılmasına nəzarət də gücləndiriləcək. “Təbii qazdan təhlükəsiz istifadə aylığı” çərçivəsində qaz təsərrüfatı obyektlərinə və avadanlıqlara baxışların sayı artırılacaq.

Qeyd edilən müddətdə bütün qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçiriləcək, məsul şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.