Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidentinə ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırmış, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.