Xəbərlər

Leyla Əliyeva Sabunçu və Abşeron rayonlarında fəaliyyət göstərən internat evlərində olub
29 oktyabr, 2013 19:25

Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli xüsusi internat məktəbində olmuşdur.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Leyla Əliyevaya məlumat verilmişdir ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si sağlamlıq imkanları məhdud olanlardır.

Bundan başqa, məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır. Xüsusi internat məktəbində təhsil alan şagirdlərdən 108-i burada qalır. Məktəbdə 88 müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Burada şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif növləri ilə məşğul olurlar.

Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin şagirdləri dünyanın müxtəlif yerlərində təşkil edilən idman və bilik müsabiqələrində nailiyyətlər qazanmışlar.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evinə gəlmişdir.

Diqqətə çatdırılmışdır ki, burada 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılmışdır. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. İnternat evi kompleksinə ikimərtəbəli inzibati bina, dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılmışdır.

Buraya əqli və fiziki cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq vardır. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları yaradılmışdır. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır.

İnternat evinin həyətində kiçik çörək sexi də açılmışdır ki, bu da uşaqların keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına imkan verir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.