Xalq artisti Ağaxan Salmanlının doğum günüdür
29 oktyabr, 2013 19:22
Azərbaycan teatr və kino aktyoru, xalq artisti Ağaxan Salmanlının doğum günüdür.
ERtv xəbər verir ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub.
İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində alıb (1960-1964).
Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib.
O, əməkdar artist (1978), xalq artistidir (2005). 2012-ci ilin mayın 9-da Prezident Mükafatına layiq görülüb.