Xəbərlər

Güzəştli kreditlər hesabına Bakıətrafı qəsəbələrdə yeni sənaye müəssisələri yaradılır
29 oktyabr, 2013 19:16

Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilən tədbir çərçivəsində 17 sahibkarlıq subyektinə 676 min manat güzəştli kredit verilib.

ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, çörək istehsalı, tərəvəzçilik, heyvandarlıq, tikişçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 50-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.

Tədbirdə iştirak edən sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara müasir çörək zavodunun və kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3760 çox investisiya layihəsinin maliyyələşdirilməsinə 249 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10700-ə yaxın iş yerinin yaradılmasına imkan verir.

Diqqətə çatdırılıb ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 631 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində həmçinin, Binə qəsəbəsində güzəştli kredit verilmiş istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunun tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.