Milli Məclisinin Aqrar siyasət komitəsi “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna dəyişiklikləri müzakirə edib.
ERtv xəbər verir ki, qanun layihəsini adıçəkilən komitənin sədri Eldar İbrahimov təqdim edib.
Layihəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü ilin yanvarın 1-dən etibarən 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilirlər.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.