İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
28 oktyabr, 2013 15:37
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort yenidən prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.