Eks-spiker Rəsul Quliyev Milli Şuranın 27 oktyabr mitinqindən sonra qurumu yenidən kəskin tənqid edib.
ERtv xəbər verir ki, R.Quliyev özünün “Facebook” səhifəsində Milli Şura haqqındakı tənqidlərini aşağıdakı kimi təsnifatlaşdırıb:
“Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyildir.
- Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox özləri kimi şüar deyənlər hazırlayırlar.
- Son mitinq bir daha göstərdiki MŞ deyilən təşkilat zəifləmiş İctimai Palata plyus C.Həsənlidən ibarətdir.
- Son mitinq bir daha göstərdi ki, müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinqdə camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər”.