Əfsanəvi fransalı aktyor Bakıdadır
28 oktyabr, 2013 15:33
Dünya şöhrətli avropalı aktyor Rober Osseyn Azərbaycana gəlib.
ERtv xəbər verir ki, Rober Osseyn Fransanın teatr və kino aktyoru, prodüser və “Marini” teatrının rəhbəridir.
Onun kinoda yaratdığı ən parlaq rollardan biri Ann və Serj Qolonun romanı əsasında lentə alınmış “Anjelikanın sərgüjəştləri” haqqında filmlərdə qraf Jofrey de Peyrak obrazıdır.
Rober Osseynin atası - azərbaycanlı Andre Osseyn (Aminulla Hüseynov) - skripkaçı və bəstəkar Səmərqənddə doğulub. Əfsanəvi artist isə Fransanın paytaxtında dünyaya göz açıb.
Hazırda Avropa kinemotoqrafiyasının ulduzu Rober Osseyn Bakı şəhərində səfərdədir. Caz müğənnisi Leyla Məmmədova artistlə şəkilini sosial şəbəkədə paylaşıb.