Ağcabədidə dəhşətli yol qəzası: bir ailənin 4 üzvü suda boğulub
28 oktyabr, 2013 15:31
Ağcabədidə ötən gecə dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Ağdamın Mərzli kəndindən məcburi köçkün olan bir ailənin dörd üzvü suda boğularaq öldü.
ERtv-nin Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında ölüm hadisəsi qeydə alınıb.
Hadisəyə səbəb sürücünün avtomobilinin idarəetməsini itirməsi olub. Nəticədə Afiq Asif oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil su kanalına düşüb. Qəza zamanı avtomobildə olan 5 nəfərin 4-ü suda boğularaq ölüb.
Digər sərnişin Əhmədov Rəşid Əyyub oğlu isə ağır yaralanıb. Yaralını xəstəxanaya aparıblar. Hadisə ilə bağlı Rayon Polis şöbəsində araşdırma işləri aparılır.