Sergey Lavrov: “ATƏT-də seçki müşahidəsi məsələsinin qaydaya salınması zəruridir”
28 oktyabr, 2013 15:30
Rəsmi Moskva ATƏT-də islahatların aparılmasını və seçkilərin müşahidəsi məsələsini qaydaya salmağı zəruri hesab edir.
ERtv “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovmətbuat konfransında deyib.
“ATƏT-də islahatlar aparılması, təşkilatın modernləşdirilməsi və qurumun seçkilərin müşahidəsi ilə bağlı işinin təşkilində qayda yaradılması vaxtı gəlib çatıb. ATƏT-in seçki müşahidəçiliyi işinin təşkilinə daha fəal cəlb olunmağın zamanı gəlib” - deyə S.Lavrov bildirib.