Xəbərlər

Azərbaycana idxalın 11%-ni yeyinti məhsulları təşkil edir
28 oktyabr, 2013 15:26

Yanvar-sentyabr ayları ərzində Azərbaycana 860 mln. 960 min dollar həcmində yeyinti məhsulları idxal olunub.

ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur.

Beləliklə, yeyinti məhsulları cəmi idxalın 11 %-ni təşkil edib.

İdxalın 328 mln. 556 min dollarını buğda, 135 mln. 128 min dollarını şəkər, 55 mln. 108 min  dollarını bitki və heyvan mənşəli piylər və yağlar, 21 mln. 898 min dollarını meyvə-tərəvəz, 10 mln. 250 min dollarını ət təşkil edib.

Qeyd edək ki, doqquz ayda Azərbaycan 144 xarici ölkə ilə 26 mlrd. 127 mln. 023 min dollar məbləğində ticarət əməliyyatı həyata keçirib.

Ticarət dövriyyəsinin 18 mlrd. 057 mln. 924 min dolları ixracın, 8 mlrd. 069 mln. 099 min dolları isə idxalın payına düşüb. İdxal əməliyyatları ötən ilin müvafiq dövründən 19%, ixrac əməliyyatları isə 1,5% çox olub.

Hesabat dövründə 5 839 ədəd mal çeşidi idxal olunub, 1 827 ədəd çeşiddə isə mal ixrac olunub.

İlin doqquz ayında ticarət əməliyyatlarında 9 mlrd. 988 mln. 824 min dollar məbləğində müsbət saldo yaranıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.