“Bulla-dəniz” yatağındakı quyudan alınan qaz sistemə verilib
28 oktyabr, 2013 15:24
“Bulla-dəniz” yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb.
ERtv Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, prosesi SOCAR-ın və ABŞ-ın “BOOTS & COOTS” servis şirkətinin mütəxəssisləri həyata keçirib.
Quyudan hasil olunan qaz özüldəki mövcud xətlə sahilə nəql olunur.
Bununla da “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəza tam aradan qaldırılıb, quyu xilas edilib və sistemə qoşulub.