Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev öz “facebook”səhifəsində müxalifətə yönəlik ironik statusla çıxış edib.
Aktuallığını nəzərə alaraq, həmin statusu olduğu kimi təqdim edirik.
“Milli Şura”nın mitinqinə saatlar qaldı. Radikallar növbəti biabırçılığın tam astanasındadır. Böyük ehtimalla sosial şəbəkələrdə isti-isti statuslar yazıb, fikir paylaşan siyasi binəvalar bu dəfə də ”üşüdüm”,”ayaqqabım su buraxırdı”, “gödəkçəm kimyavi təmizləmədə idi” kimi bəhanələrlə aradan çıxarlar. Bəs necə? Təbiət bu cür fürsət tanımışkən, ondan bəhrələnməməkmi olar? Əlbət ki, yox!
Hətta çox güman, Cəmil bəyin hələ keçirilməmiş mitinqlə bağlı beynəlxalq təşkilatlara ünvanlayacağı bəyənat da indidən hazırdır. Təxminən belə bir mətndə: “İqtidar bu dəfə də buludlarla anlaşıb yağış yağdıraraq demokratik qüvvələrin mitinqini əngəllədi. Heç gözləmədiyimiz halda saatların geri çəkilməsi isə üzərimizə yönələn məkrin növbəti nümunəsi idi. Odur ki, xahiş edirik, göstərdiimiz nüanslar, təqdim etdiyimiz faktlarla bağlı müzakirələrin keçirilməsini təmin edəsiniz”
P.S. Onsuzda bütün“axırıncı variant”lara əl atıblar. Bunu niyə etməsinlər ki?!