Salyanda ferma yandı
27 oktyabr, 2013 15:06
Salyan rayonunda iş adamına məxsus ferma yanaraq yarrsız hala düşüb.
Salyan DYMH-dən ERtv -nin bölgə müxbirinə verilən məlumata görə, yanğın hadisəsi rayonun Qarabağlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, iş adamı Qurban İsmayıl oğlu Abbasova məxsus 900 kvadratmetr sahəsi olan istifadəsis fermada yanğın başlayıb.
Hadisə yerinə FHN-nin Salyan bölgəsindən 2 və Şirvan şəhərindən isə 1 ədəd yanğısöndürən maşın göndərilib.
2 saatdan sonra yanğını söndürmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.