Xəbərlər

Hüseynbala Mirələmov: “Avroparlament yenə ikili standartlarını nümayiş etdirdi”
26 oktyabr, 2013 16:35

Azərbaycana qarşı əksər məqamlarda qərəzli mövqedə dayanan Avroparlamentin son - 23 oktyabr tarixli qətnaməsi də qeyri-obyektiv və tam əsassızdır.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Hüseynbala Mirələmov dilə gətirib.

Onun sözlərinə görə, belə bir qətnamə qəbul etməklə, sözügedən qurum Azərbaycana qarşı olan növbəti qərəzli mövqeyini və yanaşmasını ortaya qoyub.

Millət vəkili deyib ki, Avroparlament də daxil olmaqla, heç bir beynəlxalq qurum Azərbaycanın daxili işlərinə qarışa, Azərbaycan vətəndaşlarının, seçicilərinin rəyinə, seçiminə müdaxilə edə bilməz.

H.Mirələmovun qeyd etdiyinə görə, 9 oktyabr prezident seçkiləri də beynəlxalq və yerli müşahidəçilərin iştirakı, müşahidəçiliyi ilə tam demokratik, ədalətli, şəffaf şəkildə keçirilib və Azərbaycan xalqının iradəsini özündə əks etdirib:

“Bu baxımdan, heç bir beynəlxalq təşkilatın, o cümlədən, Avroparlamentin, ATƏT DTİHB-in seçkilərin yekunlarına kölgə salmaq cəhdləri qəbul olunan deyil”.

Millət vəkili həmçinin bildirib ki, Azərbaycan Avroparlamentinin üzvü deyil və bu təşkilatın qarşısında hər hansı bir öhdəliyi də yoxdur:

“Avroparlamentin qəbul etdiyi sənəd də deklorativ xarakterli sənəd olaraq sadəcə, ictimai rəyə yönəlib. Digər beynəlxalq və regional qurumlar kimi, Avroparlamentin müşahidə missiyası da seçkiləri yaxından izləyib və seçkilərə müsbət rəy verib. İndi bunun fonunda Avroparlament qəbul etdiyi son qətnamə ilə başqa - çox ədalətsiz və qeyri-obyektiv mövqe ortaya qoyur. Bu da təbii ki, həmin qurumun məsələyə ikili yanaşmasının təzahürüdür”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.