Beynəlxalq Caz Festivalı çərçivəsində konsert proqramları davam edir
26 oktyabr, 2013 16:30
Oktyabrın 23-də start götürən Beynəlxalq Caz Festivalı davam edir.
ERtv xəbər verir ki, ötən gün festival çərçivəsində Kenni Qarettin konsert keçirilib.
Kenni Qarrett Amerikanın caz saksofonçusu və fleyta ifaçısıdır.
O, karyeraya 1978-ci ildə Dyuk Ellinqtonun Orkestrında başlayıb. İlk solo albomunu 1984-cü ildə buraxıb.
Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər il oktyabr ayında Bakıda keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir.
Noyabrın 2-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə reallaşır.