McDonald's 40 ildən sonra “Heinz” ketçupundan imtina etdi
26 oktyabr, 2013 16:27
McDonald's restoranlar şəbəkəsi sous istehsalçısı “Heinz” şirkəti ilə əməkdaşlıqdan imtina edib və öz müəssisələrində daha bu məhsulları satmayacaq.
ERtv “Reuters”ə istinadən xəbər verir ki, “Heinz” şirkətinin başına fəsfud bazarında McDonald's-ın əsas rəqiblərindən biri olan “Burger King”in keçmiş rəhbəri Bernardo Heesin keçməsi belə bir qərarın qəbul edilməsinə səbəb olub.
“Heinz” souslarından, o cümlədən ketçuplarından imtina tədricən olacaq. McDonald's-ın yeni sous tədarükçüsünün adı açıqlanmır.
McDonald's şirkəti “Heinz”lə 40 ildir ki əməkdaşlıq edirdi.