İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq Ticarət Sərgisində Azərbaycana ödənişsiz yer ayrılıb
26 oktyabr, 2013 16:24
28 oktyabr-1 noyabr tarixində Tehran Beynəlxalq Sərgi Meydanında İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 14-cü Ticarət Sərgisi keçiriləcək.
ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərgidə iştirak üçün Azərbaycana 21 kvadratmetr ödənişsiz yer ayrılıb. Digər əlavə təchiz edilmiş hər kvadratmetr yer üçün 190 ABŞ dolları, təchiz edilməmiş yer üçün isə 175 ABŞ dollar müəyyən edilib.
Beynəlxalq sərgi İranın Sənaye, Mədən və Ticarət Nazirliyi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və “İran İnternational Exhibitions Co” şirkəti tərəfindən təşkil olunur.