Yığmamızın basketbolçusu “Real”a qələbə qazanmağa kömək etdi
25 oktyabr, 2013 20:03
İspaniyanın kişilərdən ibarət basketbol komandası “Real” Avroliqanın ilk qrup mərhələsi çərçivəsində 2-ci oyununu keçirib.
ERtv-nin verdiyi xəbərə görə, madridlilər öz meydanında Almaniyanın “Broze Baskets” klubu qəbul edib və 98:58 hesabı ilə qalib gəlib.
“Real”ın heyətində çıxış edən Azərbaycan yığmasının basketbolçusu Ceysi Kerrol oyunda komandasına 11 xal qazandırıb.