Türk musiqiçi, rəssam və ziyalılarından ibarət qrup İstanbuldakı parkın şərəfinə adlandırılan “Gezi” partiyası təsis ediblər.
ERtv Lenta.Ru-ya istinadən xəbər verir ki, yeni siyasi birlik oktyabrın 1-də yerli Ədliyyə Nazirliyində qeydiyyatdan keçsə də, onun yaradıldığı barədə oktyabrın 24-də məlumat verilib.
“Gezi” partiyasının lideri 37 yaşlı rok musiqiçisi Reşit Cem Köksaldır. O artıq bildirib ki, parkın sökülməsinə qarşı çıxan bütün insanların rəhbəri roluna iddia etmək niyyətinin olmadığını bildirib.
O, öz məqsədlərini belə izah edib:
“Biz hamımız demokratik ölkədə yaşamaq istəyirik. Və biz öz hüquqlarımızı müdafiə etmək üçün küçələrə çıxdıq, qan axıtdıq. İndi isə parlament işində iştirak etmək zamanıdır”.
Onun sözlərinə görə, “Gezi” partiyasından deputat seçiləcəyi təqdirdə azadlıq idealları, demokratiya, insan haqları, müstəqillik və ədaləti müdafiə edəcək.
Türkiyə parlament seçkiləri 2015-ci ildə baş tutacaq. Partiya rəhbərliyi və sadə fəallar arasında ünsiyyət vasitəsi sosial şəbəkələr olacaq. “Gezi”nin Facebook səhifəsi artıq 25 min “Like” toplayıb.