Azərbaycan qaz ixracını 31% artırıb
25 oktyabr, 2013 19:36
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 2 mlrd. 364 mln 223 min kubmetr qaz ixrac edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 557 mln. 914 min dollar təşkil edib.
Bu göstərici ötən ilin eyni dövründən 31% artıqdır.
Bu ilin doqquz ayında ixrac olunan təbii qazın məbləği Azərbaycanın ümumi ixracının 3%-ni təşkil edib.
Hesabat dövründə sayğac göstəriciləri əsasında 5 mlrd. 063 mln. 026 min kubmetr təbii qaz ixrac olunub.