Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:
“Cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm.
Bu, bizim ümumi səylərimizin yalnız bir nümunəsidir. Biz Azərbaycan ilə tərəfdaşlığımızın davamlı olacağına ümid edirik.
Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram”.