Azərbaycanlı nazirin fransalı aktyorla səmimi görüntüsü
24 oktyabr, 2013 18:22
Sosial şəbəkələrdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə fransalı aktyor Jerar Depardyenin fotosu yayılıb.
ERtv xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlı film çəkilişindən dolayı Bakıda olan Jerar Depardye Azərbaycanın mədəniyyət və turizm naziri ilə də görüşüb.
Onlar dostcasına səmimi foto çəkdiriblər.