Xəbərlər

İtaliya KİV: Monako knyazının Azərbaycan pavilyonunu ziyarət etməsini Venesiya Biennalesi üçün mühüm hadisədir
24 oktyabr, 2013 18:20

Monako knyazı II Alberin 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunu ziyarət etməsi İtaliya mətbuatında mühüm hadisə kimi işıqlandırılıb.

Belə ki, “Cultura”&Tempo libero” qəzeti Monako knyazının Azərbaycan pavilyonunu ziyarətini Venesiya Bieannalesi üçün mühüm hadisə adlandırıb.

Xatırladaq ki, Monakonun hakim knyazı II Alber oktyabrın 15-də Azərbaycanın 55-ci Venesiya Biennalesindəki pavilyonu ilə tanış olmuş, burda  “Ornamentlər” devizi altında təqdim edilən müasir incəsənət nümunələrinə baxmışdır.

İtaliyanın “La Nuova” qəzeti qeyd edib ki, oktyabrın 15-də Monako knyazı II Alber 55-ci Venesiya Biennalesi çərçivəsində Azərbaycanın Kampo Santo Stefanoda açılmış pavilyonunu ziyarət etmək fürsətini əldən verməyib.

Onu Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, PDG Arte Communications təşkilatının prezidenti Paolo De Grandis qarşılayıb.

Məqalədə qeyd edilir ki, Monako knyazı Azərbaycanın Venesiya Biennalesində iştirakının önəmli olduğunu qeyd edib və pavilyonla tanışlığından məmnunluğunu bildirib.

Qeyd edək ki, Monako knyazı II Alber Venesiya Biennalesində milli pavilyonlar arasında yeganə Azərbaycan sərgisində olub. O, gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən “Ornamentlər” pavilyonu iyunun 1-də açılıb və noyabrın 24-dək davam edəcək.

Pavilyonda Azərbaycanın 6 rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Butunay Haqverdiyev, Fərid Rəsulovun yaratdıqları müasir incəsənət nümunələri vasitəsi ilə milli-mədəni irsimiz təqdim edilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.